Skan etmə
«VM» şirkəti öz müştərilərinə kağız arxivlərini elektron şəkilə peşəkar və keyfiyyətli keçirilməsini təklif edir. Mətn və qrafik məlumatları özündə cəmləşdirən hər hansı çap olunmuş sənəd skan etmə obyekti ola bilər.
Sənədlərin skanlaşması konveyer üsulu ilə yüksək məhsuldar skanerlərlə, güclü iş stansiyaları və xüsusi proqram təminatı verilməklə həyata keçirilir.
Skan edilmiş mətni PDF, BMP, TIFF, JPEG formatlarda saxlamaq olar. Format seçimi sənədin sonraki istifadə məqsədlərindən asılıdır.
Skanlaşma prosesində proqram sənədin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, qüsurları, fonları, perforasiya xətlərini aradan qaldırır, təzad və aydınlığı kökləyir, səhifələri nömrələyir. Ən qeyri-dəqiq çap olunmuş yazı elektron formatda maksimal dərəcədə keyfiyyətli əks olunur. Sənədlər şəkil və ya mətn kimi saxlanıla bilər.
Skan edilmiş mətni PDF, BMP, TIFF, JPEG formatlarda saxlamaq olar. Format seçimi sənədin sonraki istifadə məqsədlərindən asılıdır.
Sənədlərin arakəsilmədən skan edilməsinin növləri:
- Sənədləri böyük həcmli skan edilməsi,
- Çertyoj və sxemlərin skan edilməsi,
- Rəngli və ağ-qara skan edilməsi,
- 600 dpi qədər skan edlməsi,
- Sənədlərin А1 —А7 formata qədər skan edilməsi,
- Uzunluğu üç metrə qədər olan sənədlərin skan edilməsi.
Elektron arxivdə sənədlərin saxlanılmasının üstünlükləri:
- Xərcləri azaltmaq imkanı,
- Sənədlərin ofisdən kənarda saxlanılması,
- Sənədlərin bütün həcmini sistemləşdirmək imkanı,
- Sənədlərin tapılıb, açılması və ötürülməsinin operativliyi,
- Əməkdaşların ayrı-ayrı sənədlərə və bütün kataloqlara giriş məhdudiyyəti,
- Bir neçə əməkdaşın eyni zamanda bir sənədlə işləməsi,
- Uzaq iş üçün virtual server sənədləri saxlamaq imkanı
- Məlumatların itirlməsinin təhlükəsizliyi,
- Etibarlılıq və uzunömürlülük.
«Sənədlərin rəqəmsallaşdırılması» xidməti mənasında yalnız bilavasitə skanlaşma prosesi deyil, həmçinin sökülmə, faylların, sancaqların, pərçimlərin və digər bərkidicilərin ləğv edilməsi başa düşülür. Skan etməni həyata keçirəndən sonra sənədlər köhnə üzlüyə yerləşdirilir yaxud yenidən tərtib olunaraq cildlənə bilir. Hazır fayllar disklərə və yə sizin istənilən daşıyıcınıza yazıla bilər.
Elektron arxivlər və məlumat bazaları müxtəlif istifadə proqramlarına birləşdirilə bilərlər (1С, SAP, Alfresco).