Sənədlərin utilizasiyası
Şirkətlərdə vaxtaşırı utilizasiya lazım olan sənədlər toplanır. Əsasən sənədlər 5 il, bəzi hallarda sənədlər uzun müddət saxlanılır. Sənədlərin utilizasiyası prosesi qanunvericiliyə uyğun aparılmalıdır. Sənədlərin atilması zamanı məxfilik qorunmalıdır. Utilizasiyadan əvvəl ləvğə gedən arxiv sənədləri ekspertiza tərəfindən müəyyən edilir, akt tərtib edilir və bunun əsasında məhv edilir. Təşkilatın nümayəndəsi tərəfindən utilizasiya prosesi müşahidə edilə bilər və lazım olduqda video çəkilişlər aparılır.